Sabahın hava proqnozu açıqlanıb
04
okt
2019
12:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.Azərbaycanın rayonlarında oktybarın 5-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.Tibbi-meteoroloji proqnozOktyabrın 5-6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Oxşar xəbərlər
Sabahın hava proqnozu - İsti olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.Ekologiya və Təbii Sə...