Sabahın hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 04-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-dən BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21 isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.
Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şərai...