Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Sosial 3

Bakıda və Abşeron yarımadasında fevralın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxşar xəbərlər

İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlandı

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS...

571 Sosial 17:02 14 fevral 2020

Son xəbərlər