Sabahdan bu marşrutun avtobusları yenilənir
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Oxşar xəbərlər
Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc – Astroloqların siyahısı
Astrologiyada bəzi bürclərin maddi rifah, maliyyə sabitliyi və karyera uğurlarına digərlərindən daha çox önəm verdiyi bildirilir. Astroloqların fikrincə, bu xüs...