Sabaha olan hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə olacaq.
Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti; Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Sabaha olan dəniz suyunun temperaturu AÇIQLANDI
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarı...