Sabah yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.
Mayın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...