Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq
Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Mingəçevirin Toxuculuq və A.Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazinin qaz təminatının işlər yekunlaşanadək daxildən dayandırılması planlaşdırılıb. Qaz verilişinin dayanması ilə əlaqədar ümumilikdə 380 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Bundan başqa, Bərdə şəhərinin ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində ümumilikdə 2 284 abonentin qaz təchizatında fasilələr yaranacaq.
Oxşar xəbərlər
Lerikdə kənd sakinləri günlərlə işıqsız qalırlar: "Evdə uşaqlarımız tez-tez xəstələnirlər"
Lerik rayonunun Hamarmeşə kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onlar elektrik enerjisinin verilişində yaranan problemdən narazıdırlar. Sa...