Sabah hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq

Sabah hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Sosial 114

Noyabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət 65-75% olacaq.

Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...

15 Sosial 17:57 13 mart 2020

Son xəbərlər