Sabah hava necə olacaq? - PROQNOZ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında aprelin 1-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağıntının gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər
Fevral ayında hava necə olacaq? - Ayın hava proqnozu
Fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU...