Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Culfa rayonunun 18 kəndində aprelin 7-də elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə "Report"un yerli bürosuna "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumata verilib.
Bildirilib ki, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır:
"Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq".
Oxşar xəbərlər
Mövsümi meyvələr nə üçün bahadır - SƏBƏB
"Qiymət artımına təsir edən əsas amillərdən biri təchizat zəncirində yaranan problemlərdir. Müharibə şəraiti məhsulların daşınmasını çətinləşdirir, bu isə bazar...