Sabah bu rayonun 5 kəndində qaz olmayacaq
10
iyn
2025
17:29
Saatlı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 225 mm-lik PE "Qaracalar QPS-Varxan kənd" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı ilə əlaqədar 11.06.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Saatlı rayonunun beş kəndində - Qaracalar, Seyidlər, Gomuşçu, Qaralar və Varxanda (ümumi 1124 abonent) ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. BAKU.WS x...