Sabah bu ərazilərə qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı ehtimalı var.
Oxşar xəbərlər
Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?
2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata...