Sabah Biləsuvarda 1000-dən çox abonentin qaz təminatında fasilə yaranacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində "Təmiz Qaz" QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.
Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...