Sabah leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Sosial 3

Sentyabrın 09-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gecə və səhər yarımadanın yağışın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...

31 Sosial 16:46 20 aprel 2023

Son xəbərlər