Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
24
dek
2024
21:36
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar dekabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə "Azərenerji"dən bildirilib.
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Balaxanı qəsəbəsində, Həsən Əliyev, Usta Baba Pirməmməd, Pirhüseyn Hüseynov, Hacı Sultan, Odlar yurdu, İmadəddin Nəsimi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakıya aylıq normadan 4 dəfədən çox yağıntı düşüb - FAKTİKİ HAVA
Ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlu...