Sabah Bakıda sulu qar yağacaq - Hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 18-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Oxşar xəbərlər
İstirahət günlərində hava necə olacaq?
İstirahət günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağ...