Sabah Bakıda sulu qar yağacaq - HAVA PROQNOZU

Sabah Bakıda sulu qar yağacaq  - HAVA PROQNOZU
Sosial 4

Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...

31 Sosial 16:46 20 aprel 2023

Son xəbərlər