Sabah Bakıda 20° isti olacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artıb. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlay...
