Rusiyanın bu şəhərlərinə Bakıdan uçuşlar həyata keçiriləcək - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, "Sibir" aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb.
Bununla yanaşı "Red Wings Airlines" həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək.
Eyni zamanda, "Nordwind Airlines" və "İkar" aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana gəlmək istəyənlərə ŞAD XƏBƏR - SİYAHI
Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) Azərbaycan hava limanlarına gedən marşrutların siyahısını genişləndirib. BAKU.WS Trend-ə istinadən xəbər...