Rusiyada son sutkada daha 599 nəfər koronavirusdan ölüb

27
iyn
2021
15:07
Rusiyada son sutka ərzində daha 21 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 451 291 nəfərə çatıb.
Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 282 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Oxşar xəbərlər
Rusiyada son sutka ərzində 17 mindən çox yoluxma qeydə alındı
Rusiyada son sutka ərzində daha 17 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların...
