Rusiyada hicablı məktəbli dərsə buraxılmadı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tümendəki 88 saylı məktəbin direktoru hicablı şagirdi dərsə buraxmaqdan imtina edib.
Hadisə sentyabrın 2-də baş verib.
Məktəbli qızın anası tərəfindən çəkilmiş video mətbuatda yayılıb.
Şagird yalnız valideyni ilə məktəb rəhbərliyi arasındakı münaqişədən sonra dərsə buraxılıb.
Təhsil müəssisəsinin rəhbəri qızın anasından məktəbi tərk etməyi tələb edib və polisə zəng etməklə hədələyib.
Uşağın atası dərsdən sonra hadisəni məktəb rəhbərliyi ilə müzakirə etməyə çalışdığını, lakin heç kimin onunla danışmadığını, hamının məşğul olduğunu deyib.
Kazanlı hüquqşünas Ruslan Nağıyev hadisəni şərh edərək qeyd edib ki, direktorun bu cür davranışı “dini və milli mənsubiyyətindən asılı olmayaraq, istisnasız olaraq təhsil almaq hüququnu təmin edən” Konstitusiya haqqını və dini etiqad azadlığı hüququnu pozur.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...