Rusiyada azərbaycanlılardan pandemiya dövründə daha bir ibrətamiz addım - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası dünyanın 200-dən çox ölkəsində yayılıb. Son məlumatlara görə, artıq 1,8 milyon insan COVID-19 virusuna yoluxub. Virusun geniş yayıldığı bütün ölkələrdə, demək olar ki, xüsusi karantin rejimləri tətbiq edilib.
BAKU.WS xəbər verir ki, karantin rejiminin əsas tələblərindən biri yaşlı insanların küçəyə çıxmasının qarşısını almaqdır.
Dünyada olduğu kimi, Rusiyada da özünü təcridetmə rejimi fəaliyyət göstərir. Bu dövr cəmiyyətin müdafiəsiz təbəqəsi olan yaşlı insanlar üçün xüsusilə çətin keçir.
Geniş yayılmış virus zamanı immuniteti gücləndirmək ən vacib vəzifədir. İmmuniteti artırmaq və qorumaq üçün ən yaxşı vasitə tərəvəz və meyvələrdən istifadə etməkdir. Yaşlı insanlara bu istiqamətdə ən böyük yardımlardan birini yenə Rusiyada yaşayan həmyerlilərimiz edib.
Belə ki, Taqanroq şəhərində (Rostov vilayəti) Azərbaycan Diasporunun nümayəndələri Qocalar Evinin sakinlərinə xeyli sayda tərəvəz və meyvə aparıblar. Şəhərin ahıl sakinləri isə bu gözəl və ibrətamiz addıma görə onlara dərin minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
COVID-19-dan sağalanlar: SON RƏQƏMLƏR - CƏDVƏL
Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 678 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, virusa...