Rusiyada Azərbaycanın media agentliklərinin saytlarına daxil olmaq mümkün deyil
03
iyl
2025
13:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ərazisindən bir sıra Azərbaycan xəbər portallarına girişdə problemlər müşahidə olunur.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, AZƏRTAC, APA kimi agentliklər, hətta "Azerisport", Caliber.Az saytlarında problemlər müşahidə olunur.
İstifadəçilərin bildirdiyinə görə, bu saytlar xüsusilə mobil internet bağlantısı vasitəsilə açılmır.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, vaxtilə Oxu.Az, Media.az və digər saytlar da heç bir bildiriş olmadan bloklanmışdı.
Qalereya
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...