Rusiyada Azərbaycan diasporunun rəhbəri COVID-19-dan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a təşkilatın vitse-prezidenti Elnur Hüseynov bildirib.
"Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə Elnur Hüseynov əlavə edib.
E.Hüseynov həmçinin deyib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı ictimai təşkilatlarından birinə çevrilib.
"Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi".
Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub.
Oxşar xəbərlər
Rusiyada koronavirusdan ölənlərin sayı artdı - SON RƏQƏMLƏR
Rusiyada son sutka ərzində yeni növ koronavirusdan daha 66 nəfər ölüb. BAKU.WS xəbər verir ki, bu barədə Moskvanın operativ qərargahı məlumat yayıb. Rusiyada k...