Ruhi Əliyeva ilk dəfə övladlarının görüntüsünü paylaşdı - FOTO

Ruhi Əliyeva ilk dəfə övladlarının görüntüsünü paylaşdı - FOTO
Sosial 679

İş xanımı Ruhiyyə Əliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında ilk dəfə övladları Məhəmməd və Həsənlə bağlı paylaşım edib.

11 ildən sonra övladlarının doğum günündə onların fotosunu nümayiş etdirən Ruhi paylaşıma ürək sözlərini də əlavə edib:

"Sizi o qədər çox arzulamışam ki... Süd qoxunuzu ciyərimə çəkmək, laylamla yatırmaq, boyunuzu oxşamaq üçün Allaha nə qədər dualar eləmişəm...

Lütf edən də sonda məni ikinizlə mükafatlandırdı. Ən ali, ən gözəl görəvi nəsib elədi. Məhəmmədlə Həsənə ana olmaq kimi uca məqama yüksəltdi.

O gündən hər sabahı sizin gülüşünüzlə açıram. 11 ildir Siz - könlümün iki əfəndisi məni dünyanın ən xoşbəxt, ən məsud anasına çevirdiniz.

Siz mənim ən böyük sevgim, sevincim, mərhəmətimsiniz! Gücüm, mübarizəm, yaşam səbəbimsiniz! Həyatda gözəl, doğru, işıqlı nə varsa, biz ona doğru birgə addımlayırıq. Yorulanda, çətinə düşəndə məsum, gözəl gözləriniz yolgöstərənim olur.

Bu gün sizin gününüzdür. Arzu edirəm, ömrümün, ömrünüzün hər günü sizin gününüz olsun! Sevincinizin, gülüşünüzün, məmnuniyyətinizin, uğurunuzun günü! Ad gününüz mübarək, Məhəmmədim və Həsənim".

Oxşar xəbərlər

Son xəbərlər