Rəsulzadəni satan şəxs yenidən gündəmdə: Tarixçi alimdən XƏBƏRDARLIQ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WSxəbər verir ki, alim “Facebook” sosial şəbəkəsində sözügedən məsələylə bağlı yeni paylaşımlardan sonra artıq susmağın qorxaqlıq sayılacağını düşünərək cavab vermək qərarına gəldiyini bildirib:
"Mənim araşdırmamdan sonra bəzi Lahıc "savadlıları" bəyin müdafiəsinə qalxdılar və haqqımda ağızlarına gələni yazdılar. Məsələni böyütməmək üçün susmaq qərarına gəldim. Görünür, bu, onları ürəkləndirdi.
R.R. adlı birisi yenicə paylaşım edib. Səfərbəyova hər vasitə ilə haqq qazandırmağa çalışan R.R. və qələmdaşları özləri də bilmədən bir satqının məsuliyyətini öz üzərlərinə götürürlər. Onlar iddia edir ki, mən bütün lahıclıları təhqir etmişəm, halbuki indiyədək lahıclılar haqqında tük qədər ağır ifadə işlətməmişəm və işlətmərəm də, çünki onlar da mənim sevimli xalqımın ayrılmaz və qürur duyulacaq ləyaqətli bir parçasıdır.
Adam yazır: "Bəzi insanlar bilməyərəkdən və ya kökü azərbaycanlı olmamaq səbəbindən, araşdırsan bəlkə də ana nənəsi erməni ola bilməyin nəticəsindən rəhmətlik Lahıc kəndinin sakini ƏliAbbas bəyi Məhəmməd Əmin Rəsulzadəni satmış biri kimi xalqa tanıdır". Mənim 7 arxa dönənim türkdür, bu haqda əlimdə yetərincə sənəd də var və həmin sənədləri kitabımda vermişəm. Ancaq bu yazı müəllifinin öz kökünü isbat etməsinə ehtiyac var.
Adam həm də deyir: "Bolşevizmin tərəfdarı üçün Müsavatçı liderin yerini inqilabçılara söyləməsi hansı məntiqlə satqınlıq sayıla bilər?". Yazıq məntiq!
Mən bu mövzunu bir daha qabartmaq istəmirdim və susmuşdum. Ancaq bu cür yalançı təəssübkeşlər təhqir və iftiralarını yenə davam etdirsələr mən Səfərbəyov haqqında əlimdəki bütün sənədli bilgiləri ortaya qoymağa məcbur olacağam. Xatırladıram ki, bu bilgilərin bir çoxu onun ailəsi ilə bağlıdır... Lütfən ağzımı açdırmayın və ayıbınıza kor olub yerinizdə sakit oturun"!
BAKU.WSOxşar xəbərlər
Müşfiq hamının gözü qarşısında Stalinin "başından" vurur və... - Alim BƏZİ FAKTLARI AÇIQLADI
"Biz ölüb gedəcəyik. Gerçəkləri də özümüzlə aparmağa haqqımız yoxdur. Adamların çoxu 1937-ci ildə Mikayıl Müşfiqlə xüsusi amansızlıqla rəftar edilməsinin səbəbl...