Rəqqasə Aygün: "Yad kişi əli niyə bədənimə toxunsun ki" (FOTO)
04
yan
2018
10:45
Müsahibim rəqqasə Aygündür. Rəfiqələri, tanışları ona Ayka desələr də, şou-biznesdə adını dəyişmək və ya fərqli adla təqdim olunmaq istəmir. İlk ilanla , qanadlarla mən rəqs etmişəm deyir. Özünə rəqib görmür. Əsl rəqs görmək istəyən məni izləsin deyir. BAKU.WS xeberci.az-a istinadən müsahibəni təqdim edir- Aygün xanım, olduğunuz yerdən məmnunsunuzmu?- Çox mənnunam. Amma bundan da yaxşı yerə laiqəm. Zamanla o da olacaq.- Haradasınız ki?- Laiq olduğum pillədə ... Allahın mənə rəva gördüyü yerdə. Rəqqasəyəm, və öz işimi çox sevirəm.- Ayaqlarınız yerdən üzülməyib ki?- Qətiyyən... Özümü idarə etməyi çox gözəl bacarıram.- Deməli, hislərə tabe olmursunuz.- Olmuram. Ağlımla hərəkət edirəm.- İndiyə qədər kimlərin başını gicəlləndirmisiniz?- Çoxlarının. (gülür-red)- Bəs kimin ürəyini bulandırmısınız?- Heç kimin. Bu cür gözəl qadın heç ürək bulandırar?!- Bəs sizin ürəyinizi bulandıran kimlərdir?- Yalan danışanlar, artıq-əskik danışanlar. Amma mən düşünürəm ki, o insanların ağılları yaxş inkişaf etməyib .- Hansı rəqqasələri bəyənmirsiniz?- Çoxlarını kölgədə qoyaram. Sözümün arxasında da dayanıram.- O dediyiniz çoxluğun içərisindəki “azlıq”la rəqabətə girə bilməzsiniz?- Onlar artıq sözünü demiş insanlardır. Onlarla işim yoxdur. Rəqs ürək döyüntüsü kimi bir şeydir. Qəlblərə yol tapa bilməyən rəqqasə ola bilməz.- Ailəlisiniz?- Ailəli olmuşam. İki övladım var.- Bəs niyə boşandınız?- Bilirsinizmi, gözəl qadın içərisi pulla dolu çamadan kimidir. Onu nə yerə qoymaq olmur, nə də özünlə gəzdirmək. Bu sualın cavabın belə verməyi üstün tuturam.- Yoldaşınız sizə xəyanət edibmi?- Heç vaxt belə bir şey olmayıb. Mən həmişə sevilən qadın olmuşam. Sadəcə olaraq, dost kimi ayrılmışıq.- İndi həmin insanla görüşürsünüzmü?- Bəli, əlbəttə.- Bax, həmin görüşlər zamanı aranızda əvvəlki kimi intim hislər baş qaldırırmı?- Kişiyə qadının bir yerdə olması onsuz da bir qığılcımdı. Aramızda heç nə olmasa da, baxışlardan nəyisə sezmək olur.- Masanın üzərinə çıxıb rəqs etmisiniz?- Etmişəm. Bu işə pis baxmıram. Əgər bir işi edirsənsə, axıra kimi etməlisən.- Sizi masanın üzrərinə pul ilə çıxardıblar?- Pulu stolun üstünə səpiblər, mən çıxıb oynayıb götürmüşəm. Tək mənim üçün belə etməyiblər ki... Çox rəqqasələr üçün bunu ediblər.- Gözünüzlə görmüsünüz?- Əlbəttə, amma adını çəkmək istəmirəm.- Rəqs edərkən sizə uzadılan pulu alıb haranıza qoyursunuz?- Mən həmişə pulu əlimə götürürəm. İcazə vermirəm ki, kimsə sinəmə pul qoysun.- Niyə?- Yad kişi əli niyə bədənimə toxunsun ki?!- Amma nəzərə alaq ki, yad baxışlar sizin üzərinizdə rahatlıqla gəzir...- Bunda bir problem görmürəm. Gözlər gözəllik görməlidir.- İlanla oynayanlar var ...- Mən də oynayıram. On il bundan qabaq mən ilanla oynayanda heç kim bunu etmirdi.- Bəs rəqqasə Renka deyir ki, bunu ən birinci mən etmişəm?- Renka özü üçün çox şey deyə bilər. O, məni yaxşı tanıyır. O çox gözəl bilir ki, ilk dəfə mən qanadlarla, ilanlarla oynamışam.- Təsir əks təsirə bərabərdir. Təsirə saldığınızı bilirəm. Bəs təsirə necə, düşürsünüzmü?- Baxışlardan təsirə düşə bilərəm.- Hansı baxışlar sizi narahat edir?- Bəzən xanımların, kişilərin mənə qeyri-adi baxmaqları məni narahat edir. Əslində ürəklərində düşünürlər ki, gözəl xanımam, gözəl rəqqasəyəm. Amma nədənsə paxıllıq bunu qəbul etəməyə imkan vermir.- Sizin özünüzdə qadın qısqanclığı var?- Heç vaxt qadınları qısqanmıram. Heç bir qadının gözündən bir damcı yaş axmasını istəmirəm.- Atdığınız “ox” hədəfdən yan keçibmi?- Heç vaxt belə bir şey olmayıb. Hədəfi həmişə düz vurmuşam.- Şübhəyə tez-tez düşürsünüz?- Deyərdim ki, yox. Çünki altıncı hissim çox güclüdür.- Sizə 100 min manat təklif edən kim idi?- Vəzifəli şəxslərdən biri idi.- Qəbul etmədiniz?- Əlbəttə, yox. Çünki mən pulnan satılan qadın deyiləm. Yalnız sevdiyim kişi ilə bir yerdə olaram.- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?- Özümü zirvələrdə görmək istəyirəm və inanıram ki, bu, məndə alınacaq.- İndi həyatınızda kimsə varmı?- İndi ancaq sənətimi sevirəm.- Gözünüzdən nə düşüb?- Sevdiyim insan !- Həyat yoldaşınız?- Xeyr, ondan sonra birini sevirdim, amma bədbəxt bir hadisə nəticəsində ayrıldıq.- Nə idi o bədbəxt hadisə?- O adam vurdu və həbs olundu.- Əliniz ətəyinizdə çox qalıb?- Kimə əl uzatmışamsa, tutublar. Geri çevirməyiblər.- Daha çox hansı növ rəqsləri sevirsiniz?- Milli rəqslərimizi çox sevirəm və ən çox da milli rəqs oynayıram.- Aygün xanım, haradan hara gəldiniz?- Çox əziyyətlər çəkdim bu yerə gələnə qədər. Maddi və mənəvi əziyyətlər.- Kimə dağ çəkmisiniz?- Sevdiyim insana. Ürəyimi yandıranın ürəyini yandırmışam.- Davamlı sevirsinizmi?- Bəli, istədiyim normal kişini tapana qədər sevə bilərəm.- Normal nəyə deyirsiniz?- Məni çox sıxmayan, daxilən azad yaşamağa icazə verən bir insan axtarıram. Sərbəstlik istəyirəm.- Nədən qorxurdunuz ki, o da başınıza gəldi?- Tək qalmaqdan qorxurdum, o da oldu.- İndi nə istəyirsiniz?- Sevmək və sevilmək.- Daha çox sevilmisiniz, yoxsa sevmisiniz?- Sevilmişəm. Mən də sevmişəm, amma məni sevənlər qədər yox.- Qısaqancsınızmı?- Bəli, sevirəmsə, qısqanmalıyam.- Amma deyirlər ki, qısqanclıq zəiflik əlamətidir...- Mən bu fikirlə razı deyiləm.- Nəyi əldən vermək istəmirsiniz?- Mənim olan heç nəyi əldən vermək istəmirəm.- Sizin olacaq nə olmalı idi, lakin olmadı?- Mən çox şükür edirəm ki, indi istədiyim hər şey var.- Ailəyə görə sənəti atarsınızmı?- Sözün düzü, indi belə qənaətdəyəm ki, yox. Amma ola bilər ki, gələcəkdə fikrim dəyişsin.- İpin ucunu dartdıqca hara gedir?- Elə olur ki, dartdıqca pisə, elə də olur ki, yaxşıya doğru gedir. Ona görə də, yerində qalsa, yaxşıdır.- Özünüzü cilovlaya bilirsiniz?- Bunu yaxşı bacarıram.- Sizi şərabdan savayı nə məst edə bilər?- Gözəl sözlər.- Surətpərəstsiniz?- Özü də çox (gülür).- Sonuncu dəfə kim və harada qulağına nə pıçıldayıb ki, cingiltisi hələ də qulağından getmir?- Bir dəfə bir məclisdə idim. Biri mənə yaxınlaşıb qulağıma dedi ki, çox şahanə bir qadınsan ... Sevdim o sözləri.- Rəqqasəlikdən savayı bir qazanc yeriniz var?- Biznesim yoxdur, işimə biznes kimi baxıram.- Mən bilirdim... ardını siz tamamlayın.- Mən bilirdim, yaxşı bilirdim ki, bu sənətə yenidən qayıdacağam...BAKU.WS






Oxşar xəbərlər
Rəqqasə Aygün: "Bir gecə üçün mənə 100 min dollar təklif etdi"
Rəqqasə Aygün illərdir rəqqasə kimi fəaliyyət göstərsə də, media, televiziya kanallarından çalışdığı qədər uzaq gəzib.BAKU.WS-in xeberchi.az-a istinadən məlumat...