Röya "Maşın Şou" baş verənlərə etiraz etdi: "Sizcə, bu doğrudur?"

03
okt
2019
17:58
Əməkdar artist Röya Ayxan "Maşın Şou"da köhnə şəxsi problemləri oyuna daşıyan iştirakçılarını tənqid edib.BAKU.WS xəbər verir ki, sənətçi "İnstagram" hesabında realiti-şounun görüntülərini paylaşaraq belə deyib:"Əminəm ki, bütün Azərbaycan xalqı bu möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getdik, bir saata qaça-qaça evə gəldik. Sizcə, köhnə məsələni "Maşın Şou"da həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Mən köhnə söhbətlərin, şəxsi davaların əleyhinəyəm".Xatırladaq ki, ötən gün aşıq Namiq Fərhadoğlu müğənni Nazim Pişyarinin göstərişi ilə Kərim Abbasovu oyundan çıxardıb. Nazim buna səbəb kimi bir müddət əvvəl yaşanan hadisəni misal çəkib. Kərim isə 12 il əvvəl məclisdə Nazimin ona mikrofon vermədiyini, indi intiqam aldığını bildirib.Aysel
Oxşar xəbərlər
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub - FOTO
Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.BAKU.WS xəbər...
