Röya bayramda 100 ailənin üzünü güldürdü: "Əsl bayram onları unutmamaqdır!"

Xalq artisti Röya Ayxan "8 Mart" Beynəlxalq Qadınlar Günü və Mübarək Ramazan ayı münasibətilə xeyirxah layihəyə imza atıb.
BAKU.WS xəbər verir ki, sənətçi "Əsl bayram onları unutmamaqdır! " devizi altında 100 aztəminatlı ailəni və qadını sevindirib.
İçərisində təmizlikçi qadınlar olmaqla yüzlərlə ailənin və qadının bayramına bayram qatan Röya, bununla da əsl xalq artisti olduğunu bir daha sübut edib.
Müğənninin göndərdiyi bayram sovqatlı konvert ehtiyacı olan 100 ailəyə paylanılıb. Bayram günündə cismən olmasa da, xeyirxah əməli ilə sevgiyə, qayğıya və diqqətə ehtiyacı olan insanların yanında olan müğənninin bu əməli 100 ailəyə və qadına sevinc hissi yaşadıb.
Müğənni bu addımı ilə həm də qayğıya ehtiyacı olan insanlara bayram günlərində diqqət göstərməyin vacibliyi ilə bağlı cəmiyyətə bir mesaj göndərib.
Röya Ayxanın aztəminatlı ailələrə etdiyi bu jest onlar tərəfindən cavabsız qalmayıb. Onlar bayramı unudulmaz edən Xalq artisinə öz minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir. Bu barədə BAKU...
