Rövzət Qasımov: Seçkidə hər hansı pozuntu ilə bağlı MSK-ya müraciət daxil olmayıb
29
yan
2025
16:38
Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: "Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub".
Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir:
"Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır".
Oxşar xəbərlər
Bu gün 14 fevral - Sevgililər günüdür
Bu gün 14 fevral - Sevgililər günüdür. BAKU.WS xəbər verir ki, bu günün tarixi Qədim Romaya gedib çıxır. Eramızın 3-cü əsrində Roma imperatoru II Kladius ordusu...