Ronaldo Dibala ilə bağlı şayiə yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Turinin "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo komanda yoldaşı Paulo Dibalanın koronavirusa yenidən yoluxması ilə bağlı şayiələrin yayılmasında iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Nəşrin yazdığına görə, ailəsi ilə birgə Madeyrada karantində olan Ronaldo İtaliyaya qayıtmaq istəmir. Vətənində qalmaq üçün ulduz futbolçu mediaya Dibalanın yenidən koronavirusa yoluxması barədə yanlış məlumat verib.
Qeyd edək ki, argentinalı futbolçunun aprelin 29-da yenidən yoluxması barədə məlumatlar yayılıb. O, ilk dəfə martın 21-də koronavirusa yoluxub.
Dibala aprelin ortasında iki dəfə analiz versə də, cavablar mənfi çıxıb. İddiaya görə, sonuncu testin nəticəsi müsət çıxıb. Lakin futbolçunun yaxınları bu məlumatı təkzib edib.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...