Rəvan Həsənov: Azərbaycanda tolerantlıq yalnız nəzəri deyil, praktikada da özünü göstərir
"Azərbaycan tolerantlıq və multikulturalizm prinsiplərinin real təcəssüm tapdığı nadir ölkələrdəndir. Bu, təkcə dövlətin daxili siyasətinin bir parçası deyil, həm də dünyaya təqdim olunan mühüm dəyər modelidir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında jurnalistlərə açıqlamasında deyib.
Rəvan Həsənov bildirib ki, bu festival ölkəmizin çoxmədəniyyətli və dözümlü cəmiyyət modelinin daha aydın nümayişidir:
"Bu tədbirə iki müstəvidən yanaşmaq mümkündür. Bir tərəfdən müxtəlif mədəniyyətlərin yanaşı yaşaması, digər tərəfdən isə onların bir-birini tamamlaması baxımından. Məhz bu ikinci yanaşma Azərbaycan reallığını daha dəqiq ifadə edir. Çünki burada fərqli mədəniyyət və inanclar sadəcə bir arada mövcud olmur, həm də qarşılıqlı şəkildə bir-birini zənginləşdirir".
O vurğulayıb ki, Azərbaycanda tolerantlıq yalnız nəzəri deyil, praktik müstəvidə də özünü göstərir:
"Ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların nümayəndələri Konstitusiyanın təmin etdiyi hüquqlar çərçivəsində qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayırlar. Bu, həm hüquqi, həm də mənəvi baxımdan möhkəm təməllərə söykənir".
Oxşar xəbərlər
Orqan donoru olmaq istəyənlərin DİQQƏTİNƏ! QAYDALAR
Azərbaycanda orqan donoru olmaq istəyənlər üçün müraciət qaydası açıqlanıb. BAKU.WS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplant...