Rəsmi qurumun tədbir gördüyü "həkimlər" hələ də işləyirlər - Nazir müavini sualları cavabsız qoydu
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərə əsasən, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən barələrində tədbir görülmüş şəxslərin yenidən müxtəlif klinikalarda, eləcə də əvvəl fəaliyyət göstərdikləri tibb müəssisələrində işlərini davam etdirdikləri bildirilir.
Xatırladaq ki, "Mayomed" klinikasında tibbi təhsili olmadığı halda plastik cərrah kimi fəaliyyət göstərən Nihad Aslanov, "Aristokrat" Tibb Mərkəzində tibbi təhsili olmayan stomatoloqlar - Araz Məmmədzadə, Sadiq Şükrov, eləcə də "MedAura" klinikasında çalışan və tibbi təhsili olmadığı iddia edilən Nigar Məhəmmədova ilə bağlı çəkilişlər hazırlanıb və bu hallarla bağlı Nazirlik tərəfindən müvafiq tədbirlər görülüb.
Bu qədər tədbirdən sonra həmin şəxslərin yenidən fəaliyyət göstərməsi Səhiyyə Nazirliyinin nəzarət mexanizmlərində boşluqların olduğunu göstərirmi?
Səhiyyə nazirinin müavini Nadir Zeynalov Baku TV-nin ünvanladığı bu suala belə cavab verib: "Bu barədə ətraflı məlumatım yoxdur. Məsələ araşdırılacaq və sizə ətraflı cavab veriləcək".
Oxşar xəbərlər
Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət St...