Rəna Məmmədova vəzifəsindən azad olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb.
Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib.
R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.
İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələ...