Rektordan təqdirəlayiq addım! - İşçilərə bir aylıq maaşları qədər pul mükafatı verdi
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün işçilərinə bir aylıq maaşları qədər pul mükafatı verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə AzMİU-nun bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı verilib.
Universitetin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, artıq əməkdaşlar bu pulu alıblar.
O bildirib ki, ənənəvi olaraq AzMİU-da bütün milli bayramlarda işçilərə əlavə pul mükafatı verilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...