Reklam bazarında yeni MÜBARİZƏ: "Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!"

Reklam bazarında yeni MÜBARİZƏ: Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!
Video
Sosial 78

"Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olublar".

BAKU.WS xəbər verir ki, bunu Yenicag.az-a videomüsahibəsində tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski deyib.

2002-ci ildən reklam sahəsində fəaliyyət göstərən, 2008-ci ildən isə öz şirkətini - "Media Event" Reklam Agentliyini quraraq uğurlu layihələr gerçəkləşdirən mütəxəssis bildirib ki, ənənəvi media ilə müqayisədə rəqəmsal medianın üstünlükləri olsa da mənfiləri daha çoxdur:

"Buna əsas səbəb sosial şəbəkələr üzərində nəzarət mexanizmlərinin olmamasıdır. Belə ki, bu platformadakı tanınan hesablar sayəsində reklam olunacaq məhsulu hansısa sənəd tələb olunmadan tanıtmaq mümkündür. Lakin ənənəvi mediada işlər tamamilə fərqlidir".

"Misal üçün, hər hansı şəxs gigiyenaya, qidalara və yaxud digər meyarlara əməl etmədən restoran işlədir. Onun tanıdılması üçün isə bloqerlərə və yaxud sosial medianın digər tanınmış simalarına müraciət edir. Müəyyən məbləğ qarşılığında sosial mediada istənilən məhsulu, xidməti və hər şeyi pis olsa belə təriflətmək mümkündür. Lakin kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!" - deyə o əlavə edib.

"Ənənəvi mediada reklam verməyin üstünlükləri çoxdur - həm məhsulların dəqiqliyi və təhlükəsizliyinə, həm də göz yaddaşında qaldığına görə. Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olublar. Bunun əsas səbəbi isə sosial media və ənənəvi media auditoriyasının bir-birindən tamamilə fərqlənməsidir", - deyə o bildirib.

Son xəbərlər