Regionlarda məktəbli forması harada satılır? - FOTO - SİYAHI

Yeni tədris ilinin başlanmasına təxminən 1 ay qalıb. Bəzi valideynlər övladları üçün məktəb ləvazimatları, xüsusilə də məktəbli formaları almağa başlayıb. Bu il də vahid məktəbli forması əsas gündəm mövzusudur. Artıq Elm və Təhsil Nazirliyi məlumat yayaraq diqqətə çatdırıb ki, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Məktəbli formaları almaq deyəndə ağla ilk növbədə “Bakı Tikiş Evi” gəlir. Çünki insanların böyük qismi elə bilirdi ki, məktəbli formalarının istehsalı ilə yalnız onlar məşğul olur.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı aparılan kiçik araşdırma zamanı məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan başqa şirkətlər, fabriklər və tikiş evlərinin də mövcud olduğu öyrənilib. Hər yeni tədris ilində məktəbli formalarını əldə etmək regionda yaşayanlar üçün paytaxt sakinləri ilə müqayisədə bir qədər çətin olub. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə də müzakirələr yaranıb.
Bəs, bu şirkət, fabrik və tikiş evlərinin regionlar üzrə satış nöqtələri varmı? Regionlarda məktəbli formalarının satışı nə cür həyata keçirilir?
Mövzu ilə bağlı elə ilk olaraq “Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxladıq. O deyir ki, paytaxtın müxtəlif ərazilərində 10 satış məntəqələri mövcuddur: “Bundan əlavə, hazırda Astara, Cəlilabad, Lənkəran, Qəbələ, Qax və İsmayıllıda mağazalarımız fəaliyyət göstərir. Bu gün də Masallıya göndəririk. Artıq satışlar başlanılıb”.




Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır. BAKU.W...
