Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, Şərur, Şahbuz, Culfa, Ordubad, Qəbələ, İsmayıllı, Oğuz, İmişli, Şamaxı, Xaçmaz, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, Ağdam, Bərdə, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda arabir yağış yağır.
Naxçıvan, Şamaxı, Qrız, Yevlaxda isə duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb
Oxşar xəbərlər
Məktəblilərin qış tətilini səmərəli keçirməyin YOLLARI
Qış tətili məktəblilər üçün təkcə dərsdən fasilə deyil, həm də yeni bacarıqlar qazanmaq və özünü kəşf etmək üçün əla fürsətdir. BAKU.WS-in məlumatına görə, müt...