Rayonlarda bəzi ərazilərə qar yağacaq - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Rayonlarda bəzi ərazilərə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən BAKU.WS-ə məlumata görə, oktyabrın 3-ü axşamdan 05-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Oktyabrın 4-ü axşamdan 05-i axşamadək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara, Qarabağ və Şərqi-Zəngəzur) leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...