İran və Rusiyadan gətirilən kartof zay çıxdı

İran və Rusiyadan gətirilən kartof zay çıxdı
Sosial 129

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İran İslam Respublikasından idxal edilən 23 800 kq, "Baku Fruit Delivery" MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

311 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər