Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-də imsak vaxtı saat 04:44-də, iftar vaxtı isə 19:27-dədir.
Aprelin 8-i üçün namaz vaxtları:
| Sübh azanı | 04:49 |
| Zöhr azanı | 12:42 |
| Əsr azanı | 17:19 |
| Məğrib azanı | 19:27 |
| İşa azanı | 20:31 |
İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”
Tərcüməsi:
“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmət qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
Oxşar xəbərlər
Ramazan ayının on beşinci gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının on beşinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 25-də imsak vaxtı saat 05:09-da, iftar vaxtı...