Ramazan ayında oruc niyyət etməyin QAYDASI

Ramazan ayında oruc niyyət etməyin QAYDASI
Sosial 151

Ramazan ayı müsəlmanlar üçün təkcə aclıq və susuzluq imtahanı deyil, həm də mənəvi yenilənmə, səbir və iradə məktəbidir.

BAKU.WS-in məlumatına görə, oruc insanın nəfsini tərbiyə edir, səbrini möhkəmləndirir, imkanı zəif olanların halını daha dərindən anlamağa kömək edir.

Düzgün qaydada tutulduqda oruc həm də sağlamlığa müsbət təsir göstərir, maddələr mübadiləsini tənzimləyir və orqanizmin dincəlməsinə şərait yaradır.

Ramazan ayının yaxınlaşması ilə birlikdə möminləri düşündürən əsas suallardan biri də oruc üçün niyyətin necə edilməsi ilə bağlıdır. Oruc üçün niyyət mütləq dilə gətirilməli deyil. Əsas şərt insanın qəlbində qərar verməsidir ki, sabah Ramazan ayının vacib orucunu Allah rizası üçün tutacaq. Bu niyyət "qürbətən iləllah" – yəni Allaha yaxınlaşmaq məqsədi ilə edilməlidir.

Niyyətin vaxtı nə zamandır?

Niyyət gecə vaxtı – məğrib namazından sonra edilə bilər və ən gec sübh azanına qədər davam edir. Əgər insan sübh azanından sonra niyyət etmədiyini xatırlayarsa və hələ orucu pozan bir əməl etməyibsə, günorta vaxtına qədər niyyət edə bilər. Bu halda oruc düzgündür.

Hər gün üçün ayrıca niyyət

Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək lazımdır. Bununla belə, ayın əvvəlində bütün ay üçün ümumi niyyət etmək də mümkündür. Amma alimlər hər gecə niyyəti yeniləməyi müstəhəb hesab edirlər.

Orxan Hüseyn

Son xəbərlər