Ramazan ayında arıqlamaq niyyəti ilə oruc tutmaq olar?
Oruc təkcə dini ibadət forması deyil, eyni zamanda insanın fiziki və mənəvi tarazlığı üçün mühüm vasitə hesab olunur.
BAKU.WS-in məlumatına görə, müasir araşdırmalar göstərir ki, düzgün qaydada tutulan oruc maddələr mübadiləsinə müsbət təsir göstərir, immun sistemini gücləndirir və ümumi sağlamlığa fayda verir.
Son illər bir çox insan artıq çəkidən azad olmaq üçün də oruca müraciət edir. Bu isə sual yaradır: orucu yalnız arıqlamaq və ya müalicə məqsədilə tutmaq dini baxımdan doğrudurmu?
İlahiyyatçı Fərid Abdullah mövzu ilə bağlı BAKU.WS-ə bildirib ki, İslamda orucun əsas mahiyyəti mənəvi saflaşma və Allaha yaxınlaşmaqdır:
"Əgər bir insan yalnız arıqlamaq və ya tibbi faydalar üçün oruc tutursa, bu, ibadət niyyəti olmadığından dini baxımdan oruc sayılmır. Lakin, əgər bir insan həm dini niyyətlə, həm də sağlamlığı üçün faydasını düşünərək oruc tutursa, bu məqbul hesab olunur.
Yəni, əsas məqsəd Allaha itaət və ibadət olmalı, sağlamlıq isə ikinci dərəcəli qazanc kimi görülməlidir. Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız". Qısacası, orucu yalnız arıqlamaq və müalicə məqsədilə tutmaq dini baxımdan ibadət sayılmır. Amma bu məqsədlər orucun əsas niyyəti olan Allaha yaxınlaşma ilə birləşdirilərsə, həm mənəvi, həm də fiziki faydalar gətirə bilər".
Beləliklə, din baxımından əsas olan niyyətdir. Oruc ibadət kimi qəbul olunması üçün onun təməlində Allaha yönəlmək dayanmalıdır. Sağlamlıq və arıqlama isə bu ibadətin əlavə müsbət nəticəsi kimi qiymətləndirilir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Lökbatan sakinlərinin NƏZƏRİNƏ: Bu tarixdən suyun verilişi DAYANDIRILACAQ
Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayı...