Qurban Yetirmişli: Lənkərandakı zəlzələ evlərdə müəyyən çatlar yaradıb

Qurban Yetirmişli: Lənkərandakı zəlzələ evlərdə müəyyən çatlar yaradıb
Sosial 59

Lənkərandakı zəlzələ keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar yaradıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təkanların dərinliyi 20 km olduğundan böyük ərazilərdə, eləcə də Qarabağda 3 bala qədər hiss olunub:

"Əhaliyə təşvişə düşməmələri üçün müraciət etmişdik. Alt qatda qalan enerji asta-asta boşalmağa doğru getdi və hazırda həmin ərazidə sakitlikdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər