Qurban Qurbanova ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub.
Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə "Sabah"a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri "Zirə"nin "sükanı arxasında" olan Rəşad Sadıqova, biri "Araz-Naxçıvan"ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova səs verib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...