Qurban bayramı ərəfəsində heyvan bazarnda SON VƏZİYYƏT
Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar alıcı qıtlığından gileylənir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ət kəsimi ilə məşğul olan digər bir satıcı isə deyir ki, ötən illə müqayisədə bu il xırdabuynuzlu heyvanların sayı kifayət qədərdir.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraqqurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...