Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər"
21
apr
2026
18:31
Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
Mövcud vəziyyət səbəbindən oduna möhtac qalan sakinlər bildirirlər ki, onun bir maşınının qiyməti 500 manatdan başlayır. Mövsüm ərzində isə ümumi xərclər 1500-1700 manata çatır.
"Bəzi ailələr ümumiyyətlə odun tapa bilmirlər. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur", - deyə sakinlərdən biri qeyd edib.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - 2 gün hava PİS KEÇƏCƏK
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidromete...