Qubanın bir kəndində elektrik dirəkləri və xətləri yararsız vəziyyətə düşüb: "Çürüyüb, dəfələrlə aşıb"

Qubanın bir kəndində elektrik dirəkləri və xətləri yararsız vəziyyətə düşüb: Çürüyüb, dəfələrlə aşıb
Video
Sosial 39

Quba rayonunun Qəcərzeyid kəndində elektrik dirəkləri və xətləri yararsız vəziyyətə düşüb.

Kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək istəyiblər. Sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir. "Bir ildən artıqdır ki, transformator bura qoyulub.

Qoyulan gün sevindik ki, artıq güclü işığımız olacaq. Hazırda isə dirəklər çürüyüb, dəfələrlə aşıb. Qonşular da şahiddir, bəzilərini özüm basdırmışam", - deyə kənd sakini bildirib.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən verilən açıqlamada qeyd edilib ki, artıq sözügedən ərazidə yaranan problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər