Qubadlı rayonunun Mahruzlu kənd nümayəndələri ilə görüş keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yenidən tikiləcək şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin sakinləri ilə görüşlər davam edir.
Bu barədə BAKU.WS-ə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndən bildirilib.
Məlumata görə, növbəti görüş Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkil etdiyi belə görüşlərin əsas məqsədi ərazilərin tarixi, mədəni irsi və sosial dəyərləri, digər xüsusiyyətləri barədə ətraflı məlumat toplamaq və yaşayış yerlərinin yeni konsepsiyasını sakinlərə təqdim etməkdir.
Mahruzlu kəndinin nümayəndələri ilə keçirilən görüşdə kənd sakinlərinə layihələndirilən ərazi barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Bundan başqa, sakinlərin öz kəndləri barədə istək və təklifləri dinlənilib və onlarla fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...