Qubada uşaqların gündəlik keçdiyi körpüdə təhlükəli VƏZİYYƏT – VİDEO

Xəbər verdiyimiz kimi, Qubanın Amsar kəndini digər yaşayış məntəqəsi ilə birləşdirən piyada körpüsü təhlükəli vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Amsar kənd bələdiyyəsinin əməkdaşı Aynur Əlməmmədova açıqlama verib. Onun sözlərinə görə, körpünün bərpası bir həftə ərzində həyata keçiriləcək.
"Hazırda inşaat materiallarının gətirilməsini gözləyirik. Gecikmənin səbəbi də bu amillərlə bağlıdır", – deyə Əlməmmədova bildirib.
Qeyd edək ki, sözügedən körpü bu ilin fevral ayında təmir olunmuşdu. Lakin qısa müddət ərzində yenidən istismara yararsız hala düşüb. Sakinlər isə tez bir zamanda problemin həllini gözləyir. Taxta körpü çayın üzərində qurulduğu üçün tez-tez yararsız hala düşür.
Şahanə Xankişiyeva
***11:09
Quba rayonunun Amsar kəndini digər yaşayış məntəqəsi ilə birləşdirən körpü təhlükəli vəziyyətdədir.
BAKU.WS-ə daxil olan görüntülərdə körpünün yararsız halda olduğu, taxtaların sınmış və aralanmış vəziyyətdə qaldığı açıq şəkildə görünür. Körpüdən hər gün məktəbə gedən uşaqlar və kənd sakinləri istifadə edir.
Lakin körpünün istismara yararsız olması onların həyatını ciddi təhlükə altına alır. Xüsusilə yağıntılı və küləkli havalarda keçid daha da çətinləşir və qəza riski artır.
Sakinlər aidiyyəti qurumlardan körpünün təmir olunmasını və bu təhlükənin aradan qaldırılmasını xahiş edirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarəti mayın 25-də başlayacaq. Lakin Həcc ziyarətinin başlamasına 1 həftədən az qalsa da, Azərbaycan üçün ayrılan kvota...
